Aparatlar
Aparatlar
Satış qiyməti: 259.60₼
Üzv qiyməti: 259.60₼ / 207.68₼
-------------------------------------------------------
MƏHSUL HAQQINDA
Yer kürəsinin böyük maqnit sahəsi mövcuddur. Müəyyən edilmişdir ki, orqanizmin vəziyyətində olan pisləşmələr günəşdəki partlayışdan dərhal sonra və yer kürəsində baş verən maqnit qasırğasından bir gün sonra baş verir. Bütün xəstəliklərdən maqnit qasırğasına qarşı ən həssası ürək-damar xəstəlikləridir (ürəyin işemik xəstəliyi, təzyiqin qalxması və ya düşməsi). Maqnit qasırğası zamanı orqanizmin bioritmi pozula bilir, travmatik və bədbəxt hadisələrin sayı artır, bunların da səbəbi sinir sisteminin işində yaranan pozuntulardır. Maqnit qasırğası günlərində immunitet zəifləyir, əsəbi gərginliklər yaranır. Tiensin maqnit qolbaqları geomaqnit qasırğaların orqanizmə təsirini neytrallaşdırır, orqanizmin balansını saxlayır və onu müdafiə edir.
-------------------------------------------------------
TİTAN
Titan metaldır, o, vegetativ sinir sisteminə mənfi təsir göstərmir, allergiya yaratmır, dərini qıcıqlandırmır. Titan korroziyaya qarşı çox davamlıdır.
-------------------------------------------------------
MAQNİT
İnsanın daxili orqanlarında (ürək, qaraciyər, dalaq, ağciyər, böyrəklər), həmçinin, sinir sistemində, əzələlərdə və s. müxtəlif dərəcəli mikromaqnit sahələri mövcuddur. Maqnitin köməyi ilə yaranan sahə damar sisteminin işini aktivləşdirir, immuniteti möhkəmləndirir və ümumsağlamlaşdırıcı təsir göstərir. Ətraf aləmdə olan qlobal dəyişikliklər orqanizmdəki maqnit sahəsinin işini poza bilər.
Tiens qolbaqları hipoallergen xüsusiyyətlərinə görə gümüş və qızıldan geri qalmayan titandan hazırlanıb. Bu qolbaqlarda insan biologiyasına uyğunlaşan maqnitlər tətbiq edilir.
Tiensin Titan-maqnit qolbaqları istənilən qarderobunuza uyğun gələ biləcək nəfis aksesuardır. Öz əhvalınızdan və geyiminizdən asılı olaraq qolbaqları dəyişə bilərsiniz. Kolleksiyada qızılı, gümüşü, ağ və qara rənglərdə qolbaqlar var.
-------------------------------------------------------
QOLBAĞIN FAYDALARI
1. Sağlamlığı qoruyur!
2. Oynaqlardakı ağrı və narahatlıqları aradan qaldırır!
3. Qan dövranını yaxşılaşdırır!
4. Qan-damar sisteminin işini bərpa edir!
5. İmmuniteti möhkəmləndirir!
6. Yorğunluğu aradan qaldırır!
7. Geomaqnit qasırğanın təsirin minimuma endirir və fəsadların yüngülləşdirir!
8. Baş ağrılarını aradan qaldırır!
TÖVSİYYƏ OLUNUR
•Kompüter, mobil telefon və s. radiotexnikanın təsirinə və ziyanlı şüalarına məruz qalan insanlara.
•İmmuniteti zəif olanlara, tez-tez soyuqlanan, yorulan, əllərində və ayaqlarında üşüməsi olanlara.
•İşdə və ya təhsildə artıq yüklənənlərə, güclü sinir gərginliyi keçirənlərə, yaddaş problemi olanlara.
•Zəifləmiş sağlamlığa malik, tez-tez xəstələnən, rəngi solğun orta və yaşlı insanlara.
•Xəstəlikönü vəziyyətdə olanlara, az hərəkətli insanlara.
•Sağlam həyat tərzi sürə bilməyənlərə, yuxu problemi olanlara, yuxudan doymayanlara.
•Arterial təzyiqi yüksək olanlara, qanda xolesterini, şəkəri yüksək olanlara.
•Sağlamlığa büyük önəm verən və profilaktikanı seçən bütün insanlara.
Satış qiyməti: 649.00₼
Üzv qiyməti: 649.00₼ / 519.20₼
-------------------------------------------------------
CİLVARİS - istifadəsi çox rahat olan erqonomik cihazdır. Dəri səthini stimullaşdırmaq üçün bir neçə metodu özündə cəmləşdirir.
-------------------------------------------------------
CİHAZIN TƏSİR MEXANİZMİ
Cihazın 4 işləmə rejimi var. Dəriyə fərqli formalarda təsir göstərir.
CV - ultrasəs rejimi: Mexanik titrəmələr sayəsində mikrosirkulyasiya yaxşılaşır və epidermal hüceyrələrin yenilənməsi stimullaşdırılır. Ultrasəs rejimi qidalandırıcı maddələrin dərin qatlara daxil olmasına səbəb olur, bu da yüksək kosmetik effektin əldə olunmasına imkan verir.
RF - yüksək tezlikli alternativ cərəyanlar rejimi: Bu cür cərəyan dərinin dərin qatına - dermisə təsir edir. Dermisdə bu cərəyanların təsiri altında temperatur 50-60°C-ə qədər artır. Dərinin əsas struktur zülalı olan kollagen sapları bu temperaturun təsiri altında büzülür və ani lifting effekti verir. Bununla yanaşı, fibroblastlar struktur zülalların istehsalını artırır, nəticədə dəri daha möhkəm olur, qırışlar azalır.
EMS - mikro cərəyanlar rejimi: Bu tip cərəyan daha dərinə nüfuz edə bilir və dərialtı əzələlərə tonik təsir göstərir, nəticədə üz aydın konturlarla tonlanmış görünür. Mikro cərəyanlar limfatik drenaj effekti verir və toxumaların bərpasını stimullaşdırır.
AUTO - avtomatik rejim: Bütün rejimləri ardıcıllıqla istifadə edən 15 dəqiqəlik kompleks qulluq proqramıdır.
-------------------------------------------------------
FAYDALARI
1. Xırda qırışların açılmasını həyata keçirir.
2. Burun-dodaq büküklərini açır
3. Göz ətrafı əzələləri möhkəmlədir, şişkinliklərin aradan qaldırılmasına kömək edir.
4. Üz konturlarını dartır. Dəri sallanması ilə mübarizə aparır.
5. Sızanaqların profilaktikasını həyata keçirir.
6. Dərinizin uzun illər ərzində sağlam və cavan qalmasını təmin edir.
2-3 gündən 3 sadə addımı həyata keçirin:
Addım 1. Hazırlıq
Təmizləyici vasitənizlə dərininizi kir və makiyajdan təmizləyin (ipucu: CV rejimində CILVARİS cihazı təmizlənməni gücləndirir).
Addım 2. Prosedurun icrası
Göz və dodaq sahəsi istisna olmaqla, təmiz, quru üz dərisinə çoxlu miqdarda qidalandırıcı gel çəkin. Cihazı işə salın, müvafiq rejimi və intensivlik səviyyəsini seçin. Cihazın işçi səthindən istifadə edərək, masaj xətləri boyunca aşağıdan yuxarıya mərkəzdən periferiyaya doğru gelin çəkildiyi üz dərisini rəvan masaj edin. Cihaz zəif sürüşürsə və hərəkət edərkən dərini dartırsa, bir az da gel əlavə edin. Hər 5 dəqiqədən bir cihaz qısa bir səs siqnalı verəcəkdir. Prosedurun tövsiyə olunan müddəti 5 ilə 15 dəqiqə arasındadır. Proseduru bitirdikdən sonra cihazı söndürün və dəridən qalan geli təmizləyin (ipucu: dərinin ehtiyaclarına uyğun bir rejim seçin. CV rejimi nəmləndirmə və bərpa, qırışları azaltmaq üçündür. RF - ton və parlaqlıq üçündür. EMS - aydın konturlar üçündür. İntensivlik səviyyəsini seçərkən hisslərinizi əsas tutun, prosedur rahat olmalıdır. Hardan başlayacağınızı bilmirsinizsə, RF rejimi və intensivlik səviyyəsi 1-i seçin).
Addım 3. Son qayğı
Üz dərinizə adi qulluq məhsulları tətbiq edin: tonik, serum və ya krem.
-------------------------------------------------------
ƏKS GÖSTƏRİŞLƏR
Şiddətli sızanaq və ya digər dəri xəstəlikləriniz varsa, əvvəlcə həkiminizlə məsləhətləşməniz tövsiyə olunur.
Satış qiyməti: 583.00₼
Üzv qiyməti: 583.00₼ / 466.40₼
-------------------------------------------------------
Cihaz refleksoterapiya (iynəbatırma), vibromasaj, elektromaqnit dalğaları və infraqırmızı şüa ilə müalicə üsullarını özündə cəmləşdirir. Rahatlığı ondadır ki, cihazı dəriyə sürtdükdə xüsusi metallik dişciklər orqanizmin bionöqtələri vasitəsilə xeyirli bioimpulsları daxilə ötürürlər. Müalicəvi effekt tez hiss olunur. Cihaz ölçüsü, dizaynı, iş prinsipi və istifadə sadəliyinə görə ABŞ-da, Fransada, İsveçrədə, Sinqapurda Yeni İxtiralar Sərgisində 8 qızıl medala layiq görülüb.
-------------------------------------------------------
APARATIN XARAKTERİSTİKASI
* Cihazın diametri 10 sm-dir və bir əldə saxlamaq çox rahatdır. Kənar şəxslərin köməyi olmadan sizə uyğun olan istənilən vaxtda, istənilən yerdə istifadə etmək olar.
* Cihazın əlavə enerji mənbəyinə ehtiyac olmaması özünüzlə istənilən səfərə aparılmanın mümkün edir.
Əsasən 4 təsir mexanizminə malikdir:
1. Daxilə və geriyə bioimpuls göndərmək
2. İki rejimdə işləyən vibromasaj.
3. Müalicəvi lazer-şüa.
4. Refleksoterapiya
• 3 dəqiqə müddətində təzyiqi aşağı salır. Birinci dərəcəli hipertoniyadan əziyyət çəkən xəstələr cihazdan 3-5 dəqiqə istifadə etməklə təzyiqi aşağı sala bilərlər.
* İkitərəfli tənzimləyicidir. Təzyiq yuxarı olan-kən aşağı salır, aşağı olarkən normallaşdırır.
* Cihazdan uzun müddət istifadə etməklə keçəlləşmənin qarşısını almaq mümkündür. Cavan və orta yaşlı insanlarda istifadə etdikdən sonra yeni tüklər yaranır. Saçları erkən ağaran insanlarda piqment rənglərinin bərpası müşahidə olunur.
* Aparat beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmlədir.
* Nevroz, əsəb gərginliyi, ağır zehni yüklənmələrdə əvəzolunmaz təsir göstərir.
* Orqanizmdəki bionöqtələrin yerini bilmədən də aparatı bədənə toxundurarkən özü həmin nöqtələrə təsir edir.
* Cihazın korpusu nitrolaklarla rənglənməyib, metal lövhələr və metal dişciklər xromdan hazırlanıb, bu da özlüyündə (gümüş kimi) antibakterial təsirə malikdir.
-------------------------------------------------------
CİHAZIN FAYDALARI
1. Arterial təzyiqin yüksəlməsi və enməsində kimyəvi dərmansız əla effekt verir (10-30 mm.c.süt. qədər).
2. Baş, oynaq, bel ağrılarında effektdir.
3. Miqrenin müalicəsində effektdir.
4. Keçəlləşmə və seboreyanın müalicə edir.
5. Beyin qan dövranının yaxşılaşdır.
6. Ürək-damar xəstəliklərinin müalicə edir.
7. Yaddaşı və intellekti yaxşılaşdırır.
8. Travmadan sonra sağalmanı sürətləndirir.
9. Xroniki yorğunluğu aradan qaldırır.
-------------------------------------------------------
İSTİFADƏ QAYDASI
Təzyiqi aşağı salmaq üçün 5 müalicə üsulundan istifadə edilir. Cihazdan istifadə etməzdən əvvəl təzyiqi ölçmək, seansdan sonra 10 dəqiqə istirahət edib yenidən ölçmək və müqayisə etmək lazımdır. Bir qayda olaraq təzyiq 10-30 vahid enir. Cihazdan 15-20 gün istifadə etməklə təzyiqi rahat stabilləşdirmək mümkündür. Cihazdan istifadə etməzdən əvvəl əllər yaxşıca yuyulmalıdır.
Metod 1. Bir əllə cihazın korpusundan tutaraq baş nayəsindən daraq kimi yuxarı daramaq. Dəqiqədə 20 hərəkət etməklə 3 dəqiqə daramaq lazımdır. Metal dişlər dəriyə kip toxunmalıdır.
Metod 2. Bir əllə cihazın korpusundan tutaraq cihazın dişlərini alının tən ortasına sıxın və dəqiqədə 20 hərəkət etdirməklə 5 dəqiqə başın orta xəttindən peysərə doğru darayın. Bu metodla baş gicəllənməni və baş ağrılarını aradan qaldırmaq olur. Bu üsulla təzyiqi aşağı salmaq üçün gündə ən azı 3 dəfə istifadə edin. Əgər cihazdan sağlam insanlar istifadə edərsərlərsə, onların təzyiqi normada qalır, saçların tökülməsi dayanır, gümrahlıq hiss olunur.
Metod 3. Bir əllə cihazın korpusundan tutaraq cihazın dişlərini digər əlin bilək nahiyəsinə kip qoyun, barmaqlara doğru və geriyə hərəkət etdirin.
Metod 4. Bir əllə cihazın korpusundan tutaraq dişləri ürək nahiyəsinə sıxın. 5 dəqiqə olmaqla gündə ən azı 3 dəfə masaj etməklə hipertoniya, stenokardiya, döş qəfəsindəki sıxıntıları aradan qaldırır.
Metod 5. Bir əllə cihazın korpusundan tutaraq metal dişləri boyunun arxa nahiyəsinə möhkəm sıxın və 5 dəqiqə masaj edin. Bu metoddan hipertoniya, beyin qan dövranı pozuntusunda, xroniki yorğunluqda istifadə olunur. Uzun müddət istifadə etməklə çox gözəl nəticələr əldə etmək mümkündür.
Dərmanları qəbulunun azaldılması qaydaları:
I dərəcəli hipertoniya xəstələri cihazdan 2-3 həftə istifadə etməklə təzyiqin normal balansını saxlaya bilərlər. Eyni zamanda, tədricən medikamentoz müalicəni dayandıra bilərlər.
II-III dərəcəli hipertoniklər başlanğıc mərhələdə həmişəki kimi təzyiqi endirmək üçün dərman qəbulunu davam etdirməlidirlər. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq aparatdan 5-7 həftə istifadə etdikdən sonra təzyiqə nəzarət etmək və həkim məsləhəti ilə dərman qəbulunu saxlamaq mümkündür.
III dərəcəli hipertoniklər cihazdan 7-9 həftə istifadə etdikdən sonra təzyiq normalaşdıqda həkim məsləhəti ilə dərmanların dozasını tədricən azalda və kəsə bilərlər.
Uzun illər boyu medikament qəbul edən xəstələr əvvəlcə dərmanların dozasını, sonra miqdarını azaltmalıdırlar.
Satış qiyməti: 2310.00₼
Üzv qiyməti: 2310.00₼ / 1848.00₼
-------------------------------------------------------
Qan və Enerji Dövranı Stimulyatoru – aparat bir neçə fizioterapevtik üsulları özündə cəmləşdirdiyinə görə sağlamlaşdırıcı effekti çox tez və davamlı olur. Saat əqrəbi istiqamətində vibrasion titrəyişlər vasitəsilə bütün orqanizmdə qanın və enerjinin dövranının yaxşılaşdırır, toxuma və hüceyrələrin oksigenlə təchizini artırır, mübadilə proseslərini stimullaşdırır, toksinlərin və tullantıların orqanizmdən daha tez xaric olmasına səbəb olur. Ayaqda, əldə və digər zonalardakı refleksogen zonalara təsir etməklə bütün orqanların işini nizamlayır və sanki sinxronlaşdırır. Ev şəraitində və tibb müəssisələrində cihazın istifadəsi aparılan hər hansı bir müalicənin effektini tezləşdirir və artırır. Aparat həmçinin ev həkimi rolunu oynayaraq yarana biləcək xəstəliklərin profilaktikasını həyata keçirir. Aparatın üzərində 15 dəqiqə ayaq üstə durmaq təxminən 3-5 km asta qaçışın effektini verir. Bu da az hərəkətli həyat tərzi yaşayan insanlara qan dövranını aktivləşdirmək üçün əla imkan yaradır.
-------------------------------------------------------
APARATIN ÜÇ TƏSİR MEXANİZMİ VAR
1. Vibrasiya nəticəsində QEDS çzinlo (enerji) kanallarını aktivləşdirir, əzələləri boşaldır, qan dövranını yaxşılaşdırır, orqanizmdə enerji dövranını getdikcə tam bərpa edir.
2. QEDS-in gözlə görünməyən dairəvi fırlanma xüsusiyyəti sayəsində aşağı ətraflarda qan durğunluğu aradan qalxır, bütün orqanların qanla təchizatı yaxşılaşır.
3. QEDS-in kontakt hissəsi reflektor zonalar üçün çıxıntılara malikdir, bunun vasitəsilə masaj effekti bütün orqanizmə yayılır və pozulmuş reflekslər bərpa olur.
-------------------------------------------------------
FAYDALARI
1. Xroniki yorğunluğu aradan qaldırmağa kömək edir.
2. Sümük-əzələ sisteminin xəstəliklərinin sağalmasını sürətləndirir.
3. Parez, iflic, sinir iltihabının kompleks müalicəsində müsbət effekt verir.
4. Qəbizliyi aradan qaldırmağa kömək edir.
5. Piylərin əridilməsini sürətləndirir.
6. Yuxusuzluğun, sinir gərginliyinin aradan qaldırılmasına çox yaxşı təsir göstərir.
7. Bexterev xəstəliyinin müalicəsində yanaşı olaraq istifadəsi xəstəliyin inkişafını ləngidir, müsbət nəticələr əldə olunmasına kömək edir.
8. Ümumi qan dövranına çox müsbət təsir göstərir, kapilyar dövranını isə dəfələrlə yaxşılaşdırır. Eyni zamanda iri damarların genişlənməsinə səbəb olaraq yüksək təziqdən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırır.
9. Sidik-cinsiyyət sisteminə də çox müsbət təsir göstərir. Böyrək daşı, prostat vəzi xəstəliklərinin kompleks müalicəsində yanaşı olaraq aparatdan istifadə müalicə prosesini dəfələrlə sürətləndirir.
10. Orqanizmi şlaklardan, zəhərli maddələrdən, dərman qalıqlarından sürətlə təmizləməyə kömək edir.
11. İdmançılarda fiziki yüklənmələrdən sonra yorğunluğu (süd turşusunu) çıxartmağı tezləşdirir. Travmaların bərpa dövründə oynaqları, bağları, əzələləri möhkəmləndirir.
-------------------------------------------------------
ƏKS GÖSTƏRİŞLƏR
Hamiləlik, açıq qanaxmalar, açıq vərəm, menstruasiya dövrü, bədxassəli şişlər, QİÇS, infarktın və insultun kəskin dövrü.
-------------------------------------------------------
İSTİFADƏ QAYDASI
Bir dəfəlik istifadəni 3-5 dəqiqədən başlayaraq 15 dəqiqəyə qədər artırmalı. Gün ərzində 2-3 dəfədən artıq istifadə etmək və üzərinə dolu mədəyə çıxmaq məsləhət deyil. Hər seansdan sonra dərhal 1 stəkan isti su içmək müalicəvi təsiri artırır, şlakların bədəndən çıxmasını sürətləndirir.